Bakı sakinini döyərək 10 min dollarını aldılar

Bütün Xəbərlər
10:23 12.01.2011
2173
Bakının Yasamal rayonu ərazisində quldurluq hadisəsi törədilib. Azxeber.com portalının Daxili İşlər Nazirlyinin saytına istinadən xəbər verir ki, Masallı rayon sakini Asim Quliyev naməlum şəxslə birgə qohumu, Bakıxanov qəsəbə sakini Elşən Əliyevidöyərək külli miqdarda pulunu alıb. 

Cinayət hadisəsi yanvarın 9-da saat 17 radələrində törədilib. Asim Quliyev naməlum şəxslərlə birlikdə qohumu Elşəni aldadaraq Şərifzadə küçəsində kirayədə yaşadığı mənzilə aparıb. Onlar mənzildə Elşəni döyərək 10 000 dollar pulunu alıblar.
Faktla əlaqədar cinayət işi başlanıb. Yasamal rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

OXŞAR XƏBƏRLƏR