Bakıda 13 yaşlı məktəbli intihar edib. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə dünən baş verib.
Rayon sakini, 1997-ci il təvəllüdlü qız çoxlu miqdarda həb qəbul edərək özünü öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Onun meyiti gecə saatlarında yatağında aşkarlanıb. Məktəbli qız intihar etməzdən əvvəl məktub yazıb. Məktubda deyilir: “Mənim üçün, hər biriniz üçün yaxşı olacaq. Qızınız A...”.
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.//Ans Press