Bakıda, 13 yaşlı məktəbli qızı zorlayan ögey ata tutulub

Bütün Xəbərlər
12:48 17.12.2010
3088

Suraxanı rayonundakı orta məktəblərdən birində təhsil alan 10-cu sinif şagirdi A. oktyabr ayında öz müəlliməsinə yaxınlaşaraq, 13 yaşından bəri ögey atası tərəfindən cinsi istismara məruz qaldığını bildirib. Qız həmçinin qeyd edib ki, anası da baş verənlərdən xəbərdardır və o da atalığının bu hərəkətinin əleyhinə deyil.

Çox keçmədən məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. 

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, müəllimlərin müraciəti ilə şikayət araşdırılıb. Məlum olub ki, həqiqətən də 10-cu sinif şagirdi olan A. atalığı Ə. tərəfindən 3 ildir, daimi cinsi istismara məruz qalır. Həmçinin müəyyən edilib ki, həmin şəxs radikal islam təriqətinin üzvüdür. 

Oktyabr ayında məsələ ilə bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanılıb. Ögey ata həbs olunub. // lent.az

 

OXŞAR XƏBƏRLƏR