Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakinləri Ərəstun İsmayılov, Orxan Behbudov və Əlihüseyn Mirzəzadənin apellyasiya şikayətinə baxılıb. Hakim Həsən Əhmədovun sədrlik etdiyi məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişməyib.
Adıçəkilən şəxslər Bakının Binəqədi rayonu ərazisində 15 yaşlı S.M. ilə cinsi əlaqədə olublar. Azyaşlı qızın valideynlərinin şikayətindən sonra hər üç təqsirləndirilən şəxs həbs edilib. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Ərəstun İsmayılov və Orxan Behbudov 9 il, Əlihüseyn Mirzəzadə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmə) maddəsi ilə ittiham ediliblər.
/// milli.az