Bakıda üç polisi bıçaqlayan şəxs öldü

Bakıda üç polisi bıçaqlayan şəxs öldü
Bütün Xəbərlər
18:58 13.01.2011
1816

Xəstəxanaya naməlum şəxs kimi daxil edilən şəxsin sonradanElvin İman oğlu Əsgərov olduğu məlum olub. Yaralı təxminən iki saat əvvəl vəziyyəti daha da pisləşib. O, cərrahiyə əməliyyatına aparılarkən keçinib.

Qeyd edək ki, Elvin Əsgərov elə bu gecə “Neon Palace” şadlıq sarayının qarşısında 3 polis əməkdaşını bıçaqlamaqda şübhəli bilinirdi.

Nizami rayon Polis İdarəsindən aldığımız məlumata görə, E.Əsgərov hadisə baş verən vaxt polisə müqavimət göstərərkən yıxılıb. Aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bu gün günortadan sonra isə dünyasını dəyişib. //milli.az

OXŞAR XƏBƏRLƏR