Məlumata görə, azyaşlının liftə tək daxil olmasından istifadə edən naməlum şəxs də liftə soxulub. O, qızın qulaqlarındakı sırğaları dartıb çıxarıb. Daha sonra isə Ş.A-ya qarşı əxlaqsız hərəkətlər edib. Qızın çığır-bağır saldığını görən həmin şəxs tez aradan çıxıb.
Ş.A baş verənlərlə bağlı evdə anasına danışıb. O, həmin şəxsin hündürboylu və sarışın birisi olduğunu deyib. Qızın anası məslə ilə bağlı Xətai RPİ-nin 34-cü Polis Bölməsinə müraciət edib.
Hazırda cinayəti törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
//lent.az