Bakıda 65 yaşlı kişini döyüb öldürən gənc intihar etdi

Bütün Xəbərlər
13:34 29.12.2010
1911

Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, Bülbülə qəsəbə sakini, 1980-ci il təvəllüdlü Quliyev Firuz Yusif oğlu özünü öldürüb. 

30 yaşlı oğlan yaşadığı evin həyətindəki metal borudan özünü asaraq, intihar edib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu hadisə Rəhimov Tofiq İsrafil oğlunun dekabrın 28-dən 29-na keçən gecə döyülərək öldürülməsi olayı ilə birbaşa əlaqəlidir.

Belə ki, polis işçiləri 30 yaşlı F.Quliyevi saxlamaq üçün onun yaşadığı ünvana gəlib. Vəziyyətin gərginləşdiyini görən şəxs isə çıxış yolunu intihar etməkdə görüb.

Qeyd edək ki, hadisə baş verən zaman evdə heç kim olmayıb.

Lent.az-a verilən digər məlumata görə, F.Quliyev keçən gecə döyə-döyə öldürdüyü 1945-ci il təvəllüdlü T.Rəhimovun oğlu ilə dost olub.

Atalarının öldürüldüyündən xəbər tutan 5 oğul səhər saatlarından özləri qatili axtarmağa başlayıbmış. Artıq həm polis, həm də öldürdüyü kişinin oğulları tərəfindən tapılacağını görən 30 yaşlı Bülbülə sakini isə özünü öldürməkdən başqa yol tapmayıb.

Bütün bu məlum hadisələrlə yanaşı isə yalnız bir şey müəmmalı qalır: 30 yaşlı gənclə 65 yaşlı kişinin arasında olan münaqişənin səbəbi nədir?

Faktla bağlı araşdırma aparılır. // Lent.az

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edib

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"