Bakıda beynəlxalq qaz konfransı keçiriləcək

Bakıda beynəlxalq qaz konfransı keçiriləcək
Bütün Xəbərlər
13:03 18.01.2011
1744


Sözügedən konfransın keçirilmə vaxtı Xəzər regionunda qaz infrastrukturun inkişafı üçün həlledici mərhələyə təsadüf edir - boru kəmərləri və qaz nəqletməsi üzrə digər variantlara dair qərarlar qəbul edilib və onlar dünya enerji təhlükəsizliyinin mənzərəsini dəyişir.

Konfrans iştirakçıların diqqət mərkəzində uzunmüddətli strategiya, artım perspektivləri, əməkdaşlığın növləri və investisiya məsələləri olacaq. Ümumilikdə isə hazırda aktual olan regiondan qaz nəqlinin imkan və marşrutları ətraflı müzakirə olunacaq.

Konfransın məruzəçiləri sırasında müxtəlif ölkələrin rəsmiləri, beynəlxalq şirkətlərin nümayəndələri və beynəlxalq ekspertlər yerini alacaqlar.

 

OXŞAR XƏBƏRLƏR