Bakıda bir gecədə 3 polis bıçaqlandı

Bütün Xəbərlər
11:12 13.01.2011
2059

Rayon Prokurorluğundan verilən məlumata görə, qanlı hadisə Mikayıl Əliyev küçəsi 15 ünvanında qeydə alınıb. Şadlıq sarayından çıxan Anar Qəniyev, Elvin, Məhəmməd və Əli adlı tanışlar sərxoş vəziyyətdə öz aralarında mübahisə edən zaman DİN ÇPA-nın 5-ci bölüyünün əməkdaşları onlara yaxınlaşıblar. Bu zaman Elvin polisin qanuni tələblərinə tabe olmayıb və onlara müqavimət göstərib. Sonra isə cibindən çıxardığı iki bıçaqla onlara xəsarətlər yetirib. Hadisə ilə bağlı saxlanılanlar var. Araşdırma aparılır.

 

OXŞAR XƏBƏRLƏR