Bakıda dəhşətli qətl: oğul anasının başını kəsdi

Bütün Xəbərlər
16:21 02.12.2010
2148

Bakının Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 10.00 radələrində rayonun Binəqədi qəsəbəsi I Mədən Korpus 25 ünvanında baş verib.

İlkin məlumata görə, kimliyi hələlik müəyyən olunmayan oğul anasının boğaz nahiyəsini kəsərək onu qətlə yetirib. Hələlik hadisənin səbəbi bilnmir.

Hadisə yerinə Polis İdarəsinin və Prokurorluğun əməkdaşları yollanaraq ilkin araşdırmalara başlayıblar. 

***

ANS TV-nin hadisə yerində olan müxbirinin məlumatına görə, anasını qətlə yetirən şəxs 26 yaşlı Emin Firudin oğlu Şahverdiyevdir. O, yüksək ruhi-psixi vəziyyətdə olarkən mübahisə zəminində 56 yaşlı anası Nuriyyə Bilalovanı küt alətlə qətlə yetirib. 

Emin hadisədən sonra qaçmaq istəsə də polis tərəfindən saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 

E.Şahverdiyevin subay və psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub. O, müalicə məqsədi ilə bir müddət əvvəl xəstəxanada müalicə alıb.

 

OXŞAR XƏBƏRLƏR