Bakıda evə silahlı basqın: 30 min manatlıq qızıl aparıldı

Bakıda evə silahlı basqın: 30 min manatlıq qızıl aparıldı
Bütün Xəbərlər
12:10 05.07.2011
1546

 

Şahidlərin sözlərinə görə, oğrular evdən 30 min manatlıq qızıl-zinət əşyası, 65 min manata yaxın yaxın pulu götürərək ərazini tərk gediblər.

Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsindən ANS PRESS-ə bildiriblər ki, hazırda hadisə baş verən əraziyə polis bölməsinin rəhbərliyi və İdarənin müstəntiqləri gedərək ilki araşdırmalara başlayıblar. 

ANS PRESS-in əldə etdiyi məlumata görə, hadisədən əvvəl ana uşağını günorta yeməyi üçün çörək almağa göndərib. Uşaq getdikdən sonra ana çöl qapısını bağlamayıb. Görünür, əvvəldən pusquda dayanan naməlum silahlılar bundan istifadə edərək evə giriblər. Sonradan uşaq içəri gəldikdə ona da hədə-qorxu gələrək istədiklərinə nail olublar.

/// ans 

 

OXŞAR XƏBƏRLƏR