Bakıda gənclər arasında dava: 1 ölü, 3 yaralı

Bütün Xəbərlər
08:42 02.05.2011
2074

Hadisə mayın 1-də paytaxtın Tolstoy küçəsində, “İnter Plaza” hotelinin arxasında qeydə alınıb. Bir qrup gənc arasında kütləvi davaya onlar arasında düşən mübahisə səbəb olub. Nəticədə, Bakı şəhər sakini, 24 yaşlı Rüfət Fiqarov bıçaqla 17 yaşlı Novruz Cəfərova, 20 yaşlı Fərid Mustafayevə və 21 yaşlı Elvin Abdullayevə çoxsaylı xəsarətlər yetirib. 

Yaralılar xəstəxanaya yerləşdirilib. N. Cəfərovun aldığı xəsarət ağır olduğundan onu xilas etmək mümkün olmayıb.

Hadisəni törədən R. Fiqarov tutulub.

OXŞAR XƏBƏRLƏR