Bakının Suraxanı rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, qanlı hadisə noyabrın 27-də axşam saatlarında Yeni Günəşli qəsəbəsində baş verib.
Qəsəbə sakini 16 yaşlı Novruz Novruzov mübahisə zəminində həmyaşıdı Hacı Məmmədovtərəfindən qətlə yetirilib.
İşin istintaqını aparan Suraxanı rayon Prokurorluğunun müstəntiqi Məhərrəm Əzizbəyov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, hadisə internet klubda baş verib. Yeniyetmələr arasında mübahisə düşüb. Mübahisə zamanı H.Məmmədov bıçaqla N.Novruzova 5 bıçaq zərəbəsi vurub.
Hadisəni törədən H.Hacıyev qaçaraq törətdiyi əməl barədə atasına məlumat verib. Bundan sonra atası oğlunu aparıb polisə təslim edib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. //milli.az