Naməlum şəxs adının açıqlanmasını istəməyən qadının çiyin nahiyəsindən bir neçə dəfə dişləyərək hadisə yerindən qaçıb. Yaxınlıqdakı şəxslər onu qovaraq tutmaq istəsə də, buna nail ola bilməyiblər. Həmin şəxs Hökməli qəsəbəsi istiqamətindəki dağa doğru qaçıb.
Sakinlərin verdiyi məlumata görə, məsələ ilə bağlı ərazi üzrə sahə müvəkkilinə müraciət edilib. Sulutəpə qəsəbəsinin aid olduğu Binəqədi RPİ 40-cı Polis Bölməsindən isə onlarda bu tip hadisə ilə bağlı məlumatın olmadığını dedilər.