AzXeber.com portalının Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, dünən saat 20.30-da Xətai rayonunun Z.Yusifov küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Qismət Məmmədov vurulub. Nəticədə xəsarət almış Q.Məmmədov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.