Bakının Nərimanov rayonunda iki ay əvvəl internet klubda gənc oğlanı bıçaqlayan şəxs tutulub. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə fevralın 24-də saat 23:45 radələrində Ceyhun Hacıbəyli küçəsi 52 ünvanındakı internet klubda qeydə alınıb.
Həmin vaxt 22 yaşlı Aslan Rəfiyev bıçaqlanıb. Ona qarın, bel, bud, kürək nahiyələrindən 5 bıçaq zərbəsi vurulub. Aparılan axtarış tədbirlərindən sonra gənc oğlanı bıçaqlayaraq qaçan şəxs Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
Saxlanılan Samir Sadıqovun ifadəsindən məlum olub ki, hadisə qız üstündə baş verib. S.Sadıqov deyib ki, Aslan Rəfiyevi onun sevdiyi qıza zəng etdiyi üçün bıçaqlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. //milli.az