Bakıda qanunsuz işləyən üç ali məktəb aşkarlanıb

Bakıda qanunsuz işləyən üç ali məktəb aşkarlanıb
GƏNCLİK
10:00 11.02.2011
2436

 

Nazirliyin baş məsləhətçisi İlyar Vahabov APA-ya deyib ki, həmin məktəblər Ukraynanın Kadrların İdarə Olunması Beynəlxalq Akademiyasının, Ukrayna Regionlararası Universitetinin və Gürcüstanın Heydər Əliyev adına Beynəlxalq Regionlararası Universitetinin Bakı filialları adı altında fəaliyyət göstərir.

Hazırda nazirlik fəaliyyətlərini davam etdirən bu məktəblərdə təhsil alan tələbələrin siyahısını toplayır. Bakının 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən bu məktəblərin hər üçü eyni ünvanda yerləşir. Nazirlik müvafiq araşdırma apardıqdan sonra həmin məktəblərin fəaliyyətlərinin dayandırılması məqsədilə lazımi tədbirlər görəcək.

 


OXŞAR XƏBƏRLƏR