Bakıda qardaş qardaşı bıçaqlayıb

Bütün Xəbərlər
11:33 27.12.2010
1770
Daxili İşlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Xəzər rayonunun Albalılıq bağlar sahəsində baş verib. 


Belə ki, Elçin Niftiyev böyük qardaşı Cavanşiri bıçaqlayıb və hadisə yerindən qaçıb. C.Niftiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Qeyd edək ki, hadisə C.Niftiyevin evinin qarşısında baş verib. Elçin Şirvan şəhərindən qardaşıgilə qonaq gəlibmiş, onların arasında mübahisə yaranıb. Nəticədə bu hadisə baş verib.

Hadisənin səbəbləri hələlik məlum deyil. Elçinin saxlanması istiqamətində iş aparılır//lent.az


OXŞAR XƏBƏRLƏR