Bakıda reklam festivalı keçiriləcək

Bütün Xəbərlər
09:23 18.03.2011
1688

Mətbuat konfransında çıxış edən festivalın təsisçisi Famil Tağıyev bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanda fəaliyyət göstərən reklam şirkətlərinin il boyu fəaliyyətinin qiymətləndirilməsi, ölkədəki reklam biznesinin dünya standartlarına uyğunlaşdırılması, reklamlarda yaradıcılığın artırılmasının stimullaşdırılması, reklam şirkətləri arasında rəqabətin daha da gücləndirilməsi, televiziya tamaşaçıları və reklam şirkətlərinin bu sahəyə marağının artırılmasıdır.

II Bakı Reklam Festivalı «Business Group» şirkəti tərəfindən layihələndirilib. Festival çərçivəsində may ayının 8, 15 və 22-də üç ön seçim, mayın 25-də isə final müsabiqələri təşkil olunacaq. Festival zamanı 2010-2011-ci illərdə hazırlanan reklam işlərinin beynəlxalq və yerli mütəxəssislərdən ibarət olan münsiflər heyəti və 9363 SMS səsverməsi ilə tamaşaçılar tərəfindən canlı televiziya verilişlərində qiymətləndirilməsi və mükafatlandırılması nəzərdə tutulur. Festival zamanı reklam şirkətlərinin iştirakı ilə sərgi, finalda isə konsert və sou-proqram təşkil olunacaq.

 

OXŞAR XƏBƏRLƏR