"Bakı"dan Elvin Məmmədova 250 min, qohumuna 100 dollar
İDMAN
09:05 12.05.2011
1982
Azərbaycan futbolundan pul qazananlardan biri olan bu şəxsin Elvinin keçidindən xeyli məbləğdə pul qazandığı iddia olunur.
Bildirilir ki, "Bakı" Məmmədovun keçidi üçün 350 min manat xərcləyib. Bu pulun nə az, nə çox, düz 100 min manatı Məstanovun cibinə gedib. O, Elvinin "Qəbələ" və başqa klubların təkliflərindən imtina edib, "Bakı"ya “hə” deməsi üçün göstərdiyi canfəşanlığa görə "zolaqlılar"dan 50 min manat alıb. Bununla kifayətlənməyən Məstanov Elvinin özündən də 50 min manat alıb.
Beləliklə, Elvin Məmmədovun transferi 350 min manata başa gəlib. Bu pulun 250 mini futbolçunun özünə, 100 mini “qohum”una çatıb.