Bakıya yeni gətirilən taksilərdə gediş haqqı neçəyə olacaq?

Bütün Xəbərlər
15:07 21.05.2011
2454


Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda Bakıda taksilərin yenilənməsi üçün yeni avtomobillərin gətirilməsi planlaşdırılıb. Ümumilikdə Londondan Bakıya 1000 ədəd “TX4” markalı yeni taksi modelləri gətiriləcək. Onlardan 100 ədədi may ayının sonuna, 900 ədədinin isə ilin sonuna qədər gətirilməsi nəzərdə tutulub.

N. Həsənovun sözlərinə görə, həmin taksi sürücülərinin müştəriləri ilə standartlara uyğun şəkildə rəftar etməsi üçün xüsusi kurslar keçiriləcək.

“Kursa sürücülərin maarifləndirilməsi, psixologiya, eyni zamanda ingilis dili dərsləri daxildir. İngilis dili deyəndə, sürücünün xarici dildə sərbəst danışması şərt deyil. Burada ona lazım olan söz və ifadələri başa düşmək, öz fikrini ifadə etmək kimi məsələlər dayanır”, - deyə Namiq Həsənov qeyd etdi.

Digər bir məsələ isə gətirilən yeni taksilərə taksometrin (sayğac) quraşdırılmasıdır. N. Həsənov gediş haqqının kilometrdən asılı olaraq hesablanacacağını bildirir. Gediş haqqının məbləği isə hələ ki, dəqiqləşməyib. Nazirlik rəsmisinin sözlərinə görə, yeni gətirilən taksilərin təqdimat mərasimi də keçiriləcək: “Tədbirdə bu və ya digər məlumatlar barədə ətraflı danışılacaq. Ola bilər ki, gedişhaqqı indikindən ucuz olsun. Amma əminliklə deyirəm ki, gedişhaqqı baha olmayacaq. Londonda taksilərdə gediş haqqı vaxta görə alınır. İndi bizdə vaxta görə problem yarana bilər. Çünki bizim yollarda tıxac problemi olur. Bəzi yerlərdə yanacağa, bəzi yerlərdə isə kilometrə görə gediş haqqı alınır. Düşünürəm ki, bizdə gediş haqqı kilometrə görə alınacaq”.

Nəqliyyat Nazirliyinin məlumatına görə, iyun ayından etibarən paytaxt küçələrində bənövşəyi rəngli yeni taksiləri və peşəkar kurs keçən sürücüləri görmək mümkün olacaq. Həmin taksilər 1949-cu ildən bəri İngiltərədə istehsal edilir. London Taksi Şirkəti ilə imzalanan müqaviləyə əsasən şirkət “Bakı Taksi Compani” Məhdud Məsuliyyətli Cəmiyyətinə müasir tələblərə cavab verən 1000 “TX4” markalı avtomobil satacaq.

Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" departamentinin xidmət rəisi Rauf Orucov isə ANS PRESS-ə bildirdi ki, hələ ki, yeni taksilərdə işləyəcək sürücülərin yığım prosesi gedir. Sürücülər psixi, narkoloji yoxlamalardan keçirilir. Gələcəkdə qeydiyyata düşən sürücülərə təlim keçiriləcək. Sürücülərə təlim keçiriləndən sonra isə 54 saatlıq dərs keçiriləcək və sonda imtahandan keçənlərə sürücülük sertifikatı veriləcək. Kurslar gələn həftədən “Tədris Kurs Təminatı” tədris müəssisəsində keçiriləcək. Sertifikat alan sürücülər artıq işə çıxmağa başlayacaq.

Gətiriləcək 1000 ədəd taksilərə təxminən 1200 nəfərə yaxın sürücü cəlb olunacaq. Sürücülər xüsusi "sürüşən" qrafikə uyğun olaraq çalışacaqlar. 

Sürücülər işə götürüldükdən sonra əmək haqqı ilə işləyəcəklər. Onların əmək haqqlarının məbləği hələ dəqiqləşməyib. 

Rauf Orucov bildirdi ki, yeni taksilərə sayğac qoyulacaq. Hər kilometrə görə isə 70 qəpik pul alınacaq. Onu da bildirək ki, taksilərin yük yeri avtomobilin qabaq hissəsindədir.

Taksi sifariş etmək həm adi qaydada yolda maşın saxlamaqla, həm də şəhər və bütün mobil operatorlarından edilən zəng vasitəsilə olacaq.

Qeyd edək ki, London Taksi Şirkətinin rəsmi saytında yerləşdirilən məlumata görə, “TX4” avtomobillərin mühərriyinin həcmi 2500 kub sm-dir. Mühərrik dizel yanacağı ilə işləyir. Dizelin hazırda 1 litrinin qiyməti 45 qəpikdir.

Nəqliyyat üzrə ekspert Fərhad Rahidoğlunun ANS PRESS-ə verdiyi məlumata görə, mühərrikinin həcmi 2500 kub santimetr olan avtomobil 100 km məsafə üçün maksimum 13 litr dizel yanacağı yandırır. Bu isə avtomobilin 1 km-də maksimum 0,13 litr dizel yanacağı sərf etməsi anlamına gəlir. Bu zaman 1 km üçün sərf olunan dizel yanacağının təmiz dəyəri 0,0045 manat (təxminən 5 qəpik) edir. Bunun üstünə də yəqin ki, sürücünün əmək haqqı, avtomobilin təmiri və digər xərclər gəlinir. Bu isə 1 km-in maya dəyərinin 20 qəpik baha olmamalıdır. 20 qəpiklə isə 70 qəpik arasında böyük bir uçurum var. Yəqin ki, bütün bunlar son qərar verilən zaman nəzərə alınacaq. Onu da bildirək ki, biz bütün xərcləri maksimum göstərici ilə hesablamışıq.

Nəqliyyat üzrə mütəxəssis Məzahir Rüstəmov isə hesab edir ki, paytaxta yeni taksilərin gətirilməsi çox da uğurlu plan deyil: “Bu taksilər nə sahibkarlara, nə də vətəndaşlara sərf edəcək. Çünki, taksilərə sayğac qoyulacaq. Bu zaman sürücü ilə sərnişin arasında sövdələşmə baş tutmayacaq. Elə ona görə də, yeni taksilərdən ancaq imkanlı şəxslər istifadə edə biləcək. Əgər Nəqliyyat Nazirliyi taksi xidmətini inhisarında saxlamasa, yəni, köhnə taksi xidmətləri də paralel olaraq işləsə, daha yaxşı olar. Kimin imkanı olsa, London taksisindən, imkanı olmayanlar köhnə taksilərdən istifadə edə bilər”.

Hazırda Bakıda taksilər üçün 40 dayanacaq hazırlanır. Artıq 30-a yaxın meydan hazır vəziyyətə gətirilib. Bunlardan bəziləri “Azneft”, Gənclik meydanı, A. Ş. adına Dövlət Kukla Teatrının yaxınlığında, C.Cabbarlı küçəsində və s. yerləşir.

Yeni taksilər 3 dəqiqə ərzində sifarişçinin xidmətində olacaq. Belə ki, taksi xidməti üçün təyin olunacaq nömrədən sifariş qəbul edən xidmətçilər sifarişçinin evinə ən yaxın yerdə olan taksi meydanından həmin ünvana çağırış göndərəcək. Beləliklə, taksi 3 dəqiqə sonra sifarişçinin xidmətində olacaq.

Biz də öz növbəmizdə, ümid edirik ki, gələn il “Eurovision” yarışmasına gələn turistlər qarşısında üzüqara olmayacağıq.



 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:58 28.11.2021

İsveçrə Avropanın bir neçə ölkəsindən girişi məhdudlaşdırdı

14:31 28.11.2021

İran prezidenti Ərdoğanla görüşdü: Regionda təhlükəsizliyi qoruya bilərik

14:10 28.11.2021

Daxili Qoşunların iki hərbi qulluqçusu minaya düşdü

14:01 28.11.2021

Daha bir ölkədə yeni ştamla bağlı karantin qaydaları sərtləşdirildi

13:36 28.11.2021

Qara və boz paltarlar sağlamlıq üçün təhlükəlidir: XƏBƏRDARLIQ

13:18 28.11.2021

İlham Əliyev: "Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib"

13:09 28.11.2021

Ərdoğan: "Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir"

13:04 28.11.2021

Dövlət başçısı: "Əminəm ki, İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər"

12:59 28.11.2021

Təhlükəli “Omikron” ştammı yayılır: Azərbaycan bundan qorunmaq üçün nə etməlidir? - AÇIQLAMA

12:52 28.11.2021

"Azərbaycanın xarici borcunu 2030-cu ilin sonuna qədər endirməyi planlaşdırırıq"

12:46 28.11.2021

"İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır"

12:13 28.11.2021

Dünyada pandemiya ilə bağlı vəziyyət gündən-günə ağırlaşır

11:58 28.11.2021

Sabah hava yağmursuz keçəcək - külək əsəcək

11:46 28.11.2021

Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir

11:32 28.11.2021

Məşhur müğənni Gülbahar Şükürlünün qızıl qolbağını oğurladı: “Çantasında gördüm”​ -​ VİDEO

11:19 28.11.2021

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü