“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır - Fotolar

“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır - Fotolar
İQTİSADİYYAT
10:13 11.08.2025
707
İnnovasiya və sürət lideri "Bakcell” Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır.

AGP Azərbaycan tərəfindən 8–12 avqust tarixlərində təşkil edilən "Milli Seçim Konfransı” Azərbaycanın müxtəlif bölgələrindən və Avropa ölkələrindən olan fəal gəncləri bir araya gətirir. İştirakçılar tədbirlərdə və debatlarda rəqəmsal dövrün aktual mövzuları üzrə fikir mübadiləsi aparır və beynəlxalq sessiyalarda ölkəni təmsil etmək şansı qazanırlar.

Tədbirin açılış mərasimində "Bakcell”in ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova gəncləri salamlayaraq bildirib ki, rəqəmsallaşmanın sürətlə yayıldığı bir dövrdə innovasiyalar bir sıra fəaliyyət istiqamətlərində inkişaf imkanları yaradır. O, innovasiya mövzusuna əsaslanan bu cür görüşlərin gənclərin gələcək karyeraları üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Tədbirdə "Bakcell”in məhsul üzrə eksperti Rüfət Quliyevin təqdimatında "Süni intellekt və innovasiya” mövzusunda interaktiv sessiya keçirilib. Təlimin əsas məqsədi gənclərin rəqəmsal savadlılığını artırmaq, onları texnologiya və süni intellektdə ən son trendlərlə tanış etmək, həmçinin bu sahələrin gələcək imkanlarına dair düşüncələrinin formalaşdırılmasına dəstək olmaqdır. Sessiya zamanı innovasiyaların gündəlik həyata təsiri müzakirə olunub, iştirakçılar interaktiv tapşırıqlar vasitəsilə yaradıcı və innovativ ideyalarını nümayiş etdirmək imkanı əldə ediblər. "Bakcell” bu təşəbbüslə korporativ sosial məsuliyyət (KSM) və dayanıqlılıq strategiyasını davamlı olaraq icra edir və cəmiyyətin dayanıqlı gələcəyinə öz töhfəsini verir. Şirkət gənclərin bilik və bacarıqlarının artırılmasına, innovativ düşüncə və liderlik potensialının təkmilləşdirilməsinə yönəlmiş sosial layihələri daim prioritet hesab edir.

"Bakcell” haqqında

"Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

"Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”