“Azercell-Telekom” MMC ilə “Bakcell LTD” MMC arasında növbəti məhkəmə mübahisələri davam edir.
AZXEBER.COM-un “femida.az”a istinadən verdiyi məlumata görə, “Bakcell LTD” MMC “Azercell”ə qarşı müqaviləyə əlavənin bağlanmış hesab edilməsi və zərərin ödənilməsi tələbi barədə məhkəmə iddiası qaldırıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib.
Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
İşə Ali Məhkəmədə baxılacaq.












































