“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu
İQTİSADİYYAT
10:49 06.10.2025
459

İnnovasiya lideri "Bakcell” Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə keçirilən "İnnovasiyalar və süni intellekt” adlı konfransın əsas tərəfdaşı olub. 
  
Konfransda dövlət qurumları, beynəlxalq təşkilatları, yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi Azərbaycanda müxtəlif sənaye sahələrində süni intellekt və innovasiyaların tətbiqlərini müzakirə etmək, dövlət və özəl qurumlar arasında əməkdaşlığı inkişaf etdirmək olub. 
  
"Azərbaycanın süni intellekt hekayəsi – innovasiyaya rəhbərlik edən yerli təşəbbüskarlar” adlı panel müzakirəsində "Bakcell”in baş icraçı direktoru Klaus Müller çıxış edib. O, şirkətin Azərbaycanda telekommunikasiya sahəsində innovasiya və süni intellekt üzrə həyata keçirdiyi yerli və beynəlxalq layihələrdən, eləcə də, "Bakcell”in məhsul və xidmətlərində ən son texnoloji həllərin tətbiq imkanlarından danışıb.   
  
Bundan əlavə, Klaus Müller "İnnovasiya və süni intellektin Azərbaycanın rəqəmsal inkişafına təsiri” adlı dialoq formatında interaktiv fikir mübadiləsində iştirak edib.

"İnnovasiya və süni intellekt "Bakcell”in strateji inkişafının əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən sahələrarası əməkdaşlıq fəaliyyəti və davamlı təşəbbüslər milli innovasiya və texnologiya ekosisteminin gücləndirilməsi üçün vacibdir”,- deyə o vurğulayıb. 
  
"Bakcell” innovasiyalar və süni intellektin tətbiqini strateji prioritet hesab edir və bu sahədə atdığı addımlarla Azərbaycanın innovasiya ekosisteminin dayanıqlı inkişafına töhfə verir.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir