“Bakcell” mobil operatoru ödənişsiz “Facebook” sosial şəbəkəsinə daxil olmaq qaydalarında dəyişiklik edib.
Bundan sonra yalnız “Bakcell”-in “CİNeration” tarifinə qoşulmuş və mobil telefonuna “mini opera” proqramını yükləyənlər bu xidmətdən istifadə edə bilərlər.Qeyd edək ki, əvvəl “0.facebook.com” yazmaqla “Bakcell” abunəçiləri sosial şəbəkəyə pulsuz daxil ola bilirdilər.Məsələ ilə bağlı Mobil operator rəsmilərindən münasibət öyrənmək üçün şirkətin ofisinə dəfələrlə zəng etsək də, telefon zənglərimizə cavab verən olmadı.