"Bakcell"in direktoru "Azercell"dən danışdı

"Bakcell"in direktoru "Azercell"dən danışdı
Bütün Xəbərlər
05:05 06.05.2011
3983

Bunu dünən keçirilən mətbuat konfransında şirkətin Kommersiya direktoru Krasimir Cenov deyib. O bildirib ki, özünün də şahidi olduğu bu faktlar sübut edir ki, ölkədəki “Cin” abunəçilərinin sayı “Sim” abunəçilərindən çoxdur. 

K. Genov həmçinin bildirib ki, 16 illik fəaliyyəti dövründə “Bakcell”in təxminən 7 milyondan artıq qeydiyyatdan keçən abunəçiləri olub. Lakin hazırda aktiv abunəçilərinin sayı 2, 5 milyondur. Bu rəqəm də operatorun digərləri ilə müqayisədə abonent çoxluğunun göstəricisidir.

Qeyd edək ki, hazırda ölkədə üç mobil operator fəaliyyət göstərir. Ölkədə 1994-cü ildə təsis edilən ilk mobil rabitə operatoru “Bakcell”in 2, 5 milyon. 1996-cı ildə təsis edilən “Azercell Telekom” MMC-nin 4 milyondan artıq, 2007-ci ildə fəaliyyətə başlayan “Azerfon”un isə 1 600 mindən çox abunəçisi var.

/// qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR