'Bakcell'in kredit fırıldağı - Yenə istifadəçilər aldadıldı
İQTİSADİYYAT
16:28 07.12.2012
8606
“Bakcell”in “CİNKredit” xidmətində dəyişiklik edilib.Azxeber.com-un verdiyi məlumata görə, indi abunəçilər 80 qəpik yox, 1 AZN dəyərində kredit əldə edə biləcəklər.Kredit faizi isə dəyişməz qalıb – 20 %. İlk baxışdan bu yenilik əhəmiyyətsiz görünsə də, kiçik araşdırma nəticəsində “Bakcell”in burada da öz mənafeyini güddüyünü aşkarladıq.Ekspertlərin rəyinə görə, bu addımla “Bakcell” istifadəçiləri daha çox kontur yükləməyə vadar edir. Belə ki, əvvəllər 1 kredit borcu olan abunəçi 1 manatlıq kontur almaqla borcunu ödəyə bilərdi (96 qəpik). İndi isə bunun üçün ən az 2 manatlıq kontur almaq lazımdır. Çünki yeni tarifə əsasən kredit borcu 1.20 AZN-dir.