Bakı-2020- yeni reklam çarxı təqdim edildi - VİDEO

Bakı-2020- yeni reklam çarxı təqdim edildi - VİDEO
GƏNCLİK
16:40 23.02.2012
3078
Bu gün Bakı-2020 Namizədliyinə dair yeni reklam çarxı tədqim edilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, Bakı-2020 İnternet səhifəsində (www.baku2020.com) yerləşdirilən 7 dəqiqəlik yeni reklam çarxı Bakının Sifariş Kitabında əks olunan gələcək Olimpiya infrastrukturunun 4 sektorunu əyani nümayiş etdirir. Çarxda həmçinin, Bakının 2020 Olimpiya Oyunlarına Ev Sahibi seçiləcəyi təqdirdə istifadə ediləcək digər möhtəşəm tikili və ərazilər də öz əksini tapıb. Məşhur Hollivud rejisoru Rupert Vainrayt tərəfindən çəkilmiş reklam filmində Azərbaycan paytaxtında aparılan futuristik quruculuq işlərinin görüntüləri və komputer qrafikası vasitəsilə canlandırılan Bakının 2020-ci ildəki mənzərəsi təqdim edilir. Bakı-2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva reklam çarxını yüksək qiymətləndirmişdir: “Bakı dünyanın hələ açılmamış zəngin xəzinələrindəndir. Paytaxtımız gələn qonaqları öz gözəlliyi və müasirliyi ilə valeh edir.” K. Nurullayeva Bakının Bakının həm tarixi şəhər kimi, həm də, müasir paytaxt kimi xarici qonaqlara böyük maraq bəxş etdiyini vurğuladı. “Əsrlərdən qalan İçəri Şəhərimiz bu günədək öz qədimliyini quruyub saxlayır və Dünya Mədəni İrsi siyahısına salınmışdır. Digər tərəfdən isə müasir texnologiyalar əsasında şəhərdə qurulan yeni infrastrukturla paytaxtımız dünyaya açılan yeni mərkəzə çevrilir. Azərbaycan hazırda sürətli inkişaf yolu keçir. Təhsil, elm, texnologiyalar əsasında qurulan yeni iqtisadiyyatımız ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxarır. İdmanımızın gündən-günə inkişafı isə dövlətimizin uğurunu dünyaya çatdırmaq üçün prioritet sahəmizdir. 2020 Olimpiya və Paralimpiya Oyunlarına Ev Sahibliyinə Namizədliyimiz isə Azərbaycanın uzun-müddətli inkişaf strategiyasının bir hissəsidir” – deyə, Könül xanım bildirdi. O, həmçinin, yeni reklam çarxının paytaxtımızın gözəlliklərini hələ görməyənlərə Bakıya gəlmək üçün yeni stimul olacağına ümid etdiyini, Azərbaycan xalqına məxsus qonaqpərvərlik ənənələrinin vətənimizə maraq göstərən hər kəs üçün açıq olduğunu bildirdi. Daha ətraflı məlumat www.baku2020.com saytında.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi