Bakı Ali Neft Məktəbi ilə Qazax Milli Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

Bakı Ali Neft Məktəbi ilə Qazax Milli Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı
SOSİAL
20:30 01.07.2026
251
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin (KazNU) rektoru Janseit Tuymebayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Ali məktəbdə qarşılamaqdan məmnun olduğunu bildirən rektor Elmar Qasımov BANM-dəki tədris prosesi, təhsil infrastrukturu haqqında ətraflı məlumat verib. Rektor Qazaxıstanın ali təhsil müəssisələri ilə BANM arasında geniş əməkdaşlıq təcrübəsinin olduğunu, bu münasibətlərin daha da inkişafının vacibliyini vurğulayıb.

Janseit Tuymebayev də KazNU-nun BANM-lə əməkdaşlığın bütün istiqamətlərində maraqlı olduğunu qeyd edib.

Görüş çərçivəsində BANM ilə KazNU arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd tərəflər arasında təhsil və elmi-tədqiqat sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini, akademik bilik və təcrübənin paylaşılmasını, elmi məqsədlərlə akademik heyətin və tələbələrin mübadiləsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və birgə elmi görüşlərin təşkilini nəzərdə tutur.

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR