'Bakı Ali Neft Məktəbinin açılması dövlət başçısının neft kapitalının insan kapitalına çevrilməsi siyasətinin bariz nümunəsidir'
Bütün Xəbərlər
12:50 29.12.2012
1734
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə BANM tələbə özünüidarəetmə qurumunun təsis konfransı keçirilib.AZXEBER.COM-un məlumatına görə, konfransda çıxış edən BANM rektoru Elmar Qasımov bildirib ki, ölkə prezidentinin həyata keçirdiyi demokratik islahatlar və gənclər siyasəti gənclərin ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakını tələb edir. O, Boloniya prosesinin əsas şərtlərindən birinin tələbələrin ali məktəblərin idarə edilməsində yaxından iştirak etməsi olduğunu bildirib. Məhz buna görə də, BANM-də tələbə özünüidarəetmə qurumunun yaradılması qərarına gəldiklərini deyən rektorun fikrincə, bu, tələbələrə öz ideyalarını, layihələrini həyata keçirmək üçün verilən gözəl bir şansdır.Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında ölkədə keçirilən uğurlu gənclər siyasətindən danışıb.O, bildirib ki, ölkədə uğurlu gənclər siyasətinin həyata keçirilməsi sevindirici haldır: “Yeni yaranan təhsil ocağı üçün bu günkü tarix çox əlamətdar olacaq. Ölkədəki ali məktəblərin bir çoxu bu prosesə qoşulmayıb. Amma BANM Boloniya prosesinin bu şərtinə indidən əməl eləyir. BANM tələbələrinin əksəriyyəti ali məktəbə yüksək balla daxil olub. Ümid edirəm ki, həmin tələbələr təhsildə yüksək nailiyyətlər əldə etməklə bərabər, ölkədə gedən quruculuq işlərində, ictimai fəaliyyətdə də aktiv olacaqlar”. Millət vəkili Ceyhun Osmanlı isə bildirib ki, bu gün Bakı Ali Neft Məktəbində yüksək səviyyədə təşkil olunmuş və demokratik əsaslarla keçirilən bu seçki ölkədə aparılan uğurlu gənclər siyasətinin nümunəvi göstəricisidir. O, qeyd edib ki, Bakı Ali Neft Məktəbinin açılması dövlət başçısının neft kapitalının insan kapitalına çevrilməsi siyasətinin bariz nümunəsidir.ATGTİ-nin sədri Şahin İsmayılov isə təsis konfransına qədər keçirilən prosedur qaydaları haqda danışıb.O, qeyd edib ki, yaradılacaq tələbə özünüidarə qurumu gələcəkdə bu müəssisənin tələbələrinin ictimai həyatına böyük təsir edəcək.Daha sonra BANM tələbə özünüidarəetmə qurumunun sədrinin seçkiləri başlayıb.İclasda BANM tələbə özünüidarəetmə qurumunun sədri, fakultə sədrləri və qurumun adı seçilib.İclasın sonunda Elmar Qasımov seçilən heyəti təbrik edib və quruma gələcək fəaliyyətində uğurlar arzulayıb.