Avqustun 19-da axşam saatlarında Bakı bulvarında gənc qız özünü dənizə atıb.
AZXEBER.COM-unməlumatına görə, 20-25 yaşlı qız Saat qülləsinin yanında intihar məqsədi ilə özünü dənizə atıb. Hadisə yerində bulvarın mühafizəçiləri və polislər, eləcə də Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Gənc qız ağır vəziyyətdə xilas edilərək xəstəxanaya aparılıb.
Özünü öldürmək istəyən qız 1993-cü il təvəllüdlü Əliyeva Zümrüd Firudin qızıdır. Onun nə səbəbdən intihar etmək istəməsi araşdırılır.
AZXEBER.COM hadisə zamanı çəkilən fotoları təqdim edir:




