Bakı Bulvarında qadın meyiti tapıldı

Bakı Bulvarında qadın meyiti tapıldı
Bütün Xəbərlər
11:50 14.06.2013
1578

Bakının Səbail rayonu ərazisində Bakı Bulvarında qadın meyiti tapılıb.

Sabail Rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, bulvarda “Kiçik Venesiya şəhərciyi”ndə təqribən 60 yaşların olan qadın dünyasını dəyişib. Hadisə yerinə polis və təcili yardım həkimləri gəliblər. Araşdırmalar zamanı onun 1947-ci il təvəllüdlü Sara Höcət qızı Cabbarova olduğu məlum olub. İlkin ehtimala görə, o öz əcəli ilə ölüb.

OXŞAR XƏBƏRLƏR