Bakı bulvarından xoş xəbər - FOTOLAR

Bakı bulvarından xoş xəbər - FOTOLAR
Bütün Xəbərlər
13:34 10.02.2015
4664
Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar Dənizkənarı Milli Parkda bir çox yeniliklər olacaq.AZXEBER.COM-un buro247-yə istinadla verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.Avropa Oyunlarınadək hər kəs bulvarın istənilən ərazisində "Wi-Fi" xidmətindən yararlana biləcək. Nazim Məcidovun sözlərinə görə, hazırda əksər obyektlərdə bu xidmət var, lakin hələlik hamısını əhatə etmir. Avropa Oyunlarınadək "Wi-Fi" sisiteminin bütün bulvar ərazisini əhatə edəcəyi planlaşdırılır. Bundan əlavə, idarə rəsmisi bildirib ki, fevral-mart aylarında bulvara yeni gəzinti qatarları gətiriləcək və Avropa Oyunlarına qədər, təxminən may ayında bulvarın yeni əraziləri də istifadəyə veriləcək.N. Məcidov qeyd edib ki, bulvar ərazisi genişlənəndən sonra dənizdə gəmi gəzintisi marşrutu da genişləndiriləcək: "İndi gəmilər ancaq Dövlət Bayraq Meydanı və "Crystal Hall"-un ətrafında fırlanır, bulvar genişlənəndən sonra isə bütün bulvarı əhatə edən marşrut istifadəyə veriləcək. Hələlik qış ayları olduğuna görə gəmilər havalar yaxşı olanda və yalnız şənbə-bazar günü tələbat olduğu üçün işləyir. Ona görə də marşrutu dəyişməyə heç ehtiyac yoxdur. Amma Avropa Oyunları zamanı marşrutların genişləndirilməsi nəzərdə tutulur".
OXŞAR XƏBƏRLƏR