Bakı çimərlikləri bu gün - VİDEO

Bakı çimərlikləri bu gün - VİDEO
SOSİAL
16:46 05.08.2020
1630

Çimərliklərin açılması paytaxt sakinləri tərəfindən də, müsbət qarşılanıb.

 

Onlar çimərliklərdə dincəlməyin sağlamlıqları üçün önəmli olduğunu qeyd edirlər.

 

Baku.tv-nin məlumatına görə, ictimai çimərliklərdə sanitar qovşaqları, duş kabineləri, geyinib-soyunma otaqları, futbol və voleybol meydançaları vardır ki, bunlar da insanların rahat və əyləncəli vaxt keçirməsi üçün nəzərdə tutulub. Həmçinin, karantin rejiminin qaydalarına uyğun olaraq, insanların təhlükəsizliyini qorumaq məqsədilə söhbətgahlar 2-3 metrlik məsafədə arakəsmələrlə bölünüb. Vaxtaşırı olaraq, FHN əməkdaşları səsucaldıcılar vasitəsilə insanlara qaydalara uyğun təlimatlar verir. Fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədi ilə 1000-dən artıq ASAN könüllüsü prosesə cəlb edilib. Çimərliklərlə bağlı yaradılan cimerlik.az xüsusi internet səhifəsinin proqram təminatı, istirahət edənlərin təhlükəsizliyi nəzərə alınmaqla çimərliyin tutumunu müəyyən etməyə xidmət edir.

 

Yəni səhifəyə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. məlumatları əldə edə bilərlər.


OXŞAR XƏBƏRLƏR