Bakıda çimərlikdə bıçaqlanma hadisəsi olub. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirşağı çimərliyində qeydə alınıb. 1991-ci il təvəllüdlü Turab Mərkəz oğlu Səfərov naməlum şəraitdə bıçaqlanıb. T. Səfərov xəsarətlə xəstəxanaya yerləşdirilib.
Hadinə törədən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.