Bakı Dairəvi Yolunda 'ölüm arakəsmələri' - FOTOLAR

Bakı Dairəvi Yolunda
Bütün Xəbərlər
10:30 23.04.2013
1501
Bakı Dairəvi Yolunda dəmir arakəsmə qəzalara səbəb olur. Maşın bazarının yaxınlığında yolun dar olan hissəsində dəmir arakəsmə axşam vaxtı sürücülər üçün yol qəzalarını qaçılmaz edir. Gecə vaxtı görünməz olan dəmir arakəsmə yolda işıqlar yanmayanda, dumanda daha da görünməz olur. Sürücülər ancaq dəmir arakəsmənin bir addımlığında olanda onu görür və bəzən qəzadan yayına bilməyərək həmin maneəyə çırpılırlar. Həmin ərazidə artıq bir neçə qəza olub. Hesab edilir ki, problemin aradan qaldırılması üçün parıldayan yol nişanının olması kifayət edər.Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sözügedən problemə yerində baxmaq lazımdır. Bölmə rəisinin sözlərinə görə, əgər dəmir arakəsmə varsa, işıqqaytaran nişanlar da olmalıdır: “Ola bilməz ki, işıqqaytaran nişanlar olmasın. Qeydiyyatını aparıb məsələ barədə idarənin hərəkətin təşkili şöbəsinə məlumat verəcəm”.V.Əsədov əlavə edib ki, gecənin qaranlıq vaxtı hərəkətin təhlükəsizliyinin tam təmin edilməsi üçün işıqqaytarıcı nişanların qoyulması və işıqlandırılması tələb olunur. Hadisələrin olmaması üçün sürücülər də diqqətli olmalı, sürət həddini düzgün seçməlidir. Sürücü yolda dəmir arakəsməyə çırpılırsa, bu deməkdir ki, yüksək sürət həddi seçib və ya diqqəti yayınıb.//milli.az
OXŞAR XƏBƏRLƏR