Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat yayıldı

Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat yayıldı
Bütün Xəbərlər
17:55 11.04.2012
1352
Fövqəladə Hallar Nazirliyinə Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat daxil olub.AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, vağzalın ərazisində partlayıcı qurğu olması barədə məlumat daxil kimi dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi məqsədilə hadisə yerinə cəlb edilib. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. 

Nazirliyin mütəxəssisləri digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə vağzalın ərazisinə (150-200 metr məsafədə perronlara, dəmir yolu xətlərinin üzərinə və saxlama kameralarına) baxış keçiriblər. Nəticədə, şübhəli əşya aşkar edilməyib.

OXŞAR XƏBƏRLƏR