Bakı Dövlət Universitetinin (BDU) qarşısında bıçaqlanma hadisəsi baş verib.
Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 15.00 radələrində qeydə alınıb. 1985-ci il təvəllüdlü Məhərrəmov Şamxal naməlum şəxs tərəfindən bıçaqlanıb. Ş. Məhərrəmov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.