Bakı-Gəncə avtobusunda bıçaqlanma

Bakı-Gəncə avtobusunda bıçaqlanma
Bütün Xəbərlər
22:21 27.08.2015
1341

Bakı-Gəncə avtobusunda bıçaqlanma hadisəsi baş verib.

Bakıdan Gəncəyə gedən “Mercedes” markalı sənişin avtobusunda Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Akşin Cəmşid oğlu Cəbrayılovla  avtobusun digər sərnişini, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Qüdrət Səfa oğlu Mövsümov arasında Kürdəmir rayonu ərazisində mübahisə yaranıb. Mübahisə nəticəsində Akşin Cəbrayılov üzərində gəzdirdiyi bıçaqla Qüdrət Müvsümova bir neçə bıçaq xəsarəti yetirib.

Q.Mövsümov Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra  zərərçəkənin həyatını xilas etmək mümkün olub.

Hadisə yerindən qaçan Akşin Cəbrayılov isə  Kürdəmir Rayon Polis Şöbəsində yaradılmış əməliyyat-axtarış qurupu tərəfindən gecə saatlarında rayon ərazisində tapılıb. Faktla bağlı CinayətMəcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, A.Cəbrayılov əvvəllər də quldurluğa görə məhbus həyatı yaşayıb (“Report”).

OXŞAR XƏBƏRLƏR