Bakı hava limanında kütləvi dava: bıçaqlananlar və həbslər var
Bütün Xəbərlər
00:54 29.04.2013
6395
BAKI ŞƏHƏR PROKURORU HADİSƏ YERİNDƏDİR: XEYLİ ADAM HƏBS OLUNUBBu dəqiqələrdə Aznews.az-a daxil olan məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda bıçaqlanma hadisəsi baş verib. İlkin informasiyaya görə, hava limanı ərazisində yerləşən Hava Nəqliyyatında baş Gömrük İdarəsinə kütləvi hücum olub və bir neçə gömrük əməkdaşı bıçaqlanıb.İndi aldığımız məlumata görə isə əslində orada kütləvi toqquşma sərnişinlər arasında baş verib. Hadisə Naxçıvan aviareysində nehrəmlilərlə şərurlular arasında yaşanıb.Daxil olan məlumatda bildirilir ki, nehrəmlinin “Şərurda kişi yoxdur” təhqiri qarşı tərəfin bərk qəzəbinə səbəb olub və söyüş söyən şəxs bıçaqlanıb. Davaya başqa şərurlu və nehrəmlilər də qoşulub. Təyyarədə başlanan qanlı dava hava limanında davam edib. Hadisə yerinə Bakıda yaşayan şərurlu və nehrəmlilər də gəlib.***