Bakıda təqsirləndirilən şəxs təcridxanada vəfat edib.
Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakı İstintaq təcridxanasında qeydə alınıb.
Vəfat edən 1956-cı il təvəllüdlü Rasim Ağayevin Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham edilərək təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edildiyi bildirilib.
Hazırda R. Ağayevin ölüm səbəbləri araşdırılır.