Bakı-Kiyev dəmiryolu reysi ləğv edildi - VİDEO

Bakı-Kiyev dəmiryolu reysi ləğv edildi -  VİDEO
Bütün Xəbərlər
18:20 06.06.2013
1653

Kiyev istiqamətinə getmək istəyən sərinişinlərin sayı həddindən az olub.

“Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyəti” Bakı -Kiyev reysinin fəaliyyətini dayandırıb. Reysin dayandırılmasına səbəbsə, Kiyev istiqamətinə getmək istəyən sərinişinlərin həddindən artıq azlıq təşkil etməsi və bu istiqamətə hərəkət edən qatarların demək olar ki, boşu-boşuna işləməsi olub.Lakin Bakıdan Kiyevə getmək istəyən sərnişinlər az olsa da, Xarkov istiqamətinə son vaxtlar gedənlərin sayı artıb və Bakı-Xarkov reysində nəzərə çarpacaq sərnişin sıxlığı yaranıb. “Azərbaycan Dəmiryolları qapalı Səhmdar Cəmiyyəti”nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, Xarkov reysində sıxlığın yaranması yay mövsümü ilə əlaqədardır. Çünki həmin istiqamətdə sanatoriyalar çox olduğundan, insanlar bu istiqamətə getməyə maraqlıdırlar. Qurum rəsmisi onu da bildirdi ki, təmir olunmaq üçün xaricə göndərilən 50 vaqondan artıq 30-u təmir olunaraq geri qaytarılıb və dövlət proqramı çərsivəsində vaqon parkının yenilənməsi üçün yaxın vaxtlarda 20 yeni vaqonun alınması da nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR