Bakı klubu afrikalı futbolçu transfer etdi

İDMAN
18:45 01.08.2023
220
"Zirə” yeni futbolçu ilə anlaşıb.

Paytaxt təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, klub Stefan Akanı heyətinə qatıb. 32 yaşlı afrikalı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Kot-d'İvuardan olan futbolçu karyerası ərzində İtaliyanın "Leqano Salus”, "Belluno”, Rumıniyanın "Unversitat Krayova 1948”, "Unversitat Krayova”, Türkiyənin "Erzurumspor”, İsrailin "İroni Kiryat Şimona” və "Sektzia Ness Ziona” klublarının şərəfini qoruyub.
OXŞAR XƏBƏRLƏR