Bakı küçələrində əsgərlər göründü - VİDEO

Bakı küçələrində əsgərlər göründü - VİDEO
Bütün Xəbərlər
17:14 10.05.2013
2154
Bu gün paytaxtın müxtəlif küçə və prospektlərində Müdafiə Nazirliyinin nizami hissələri tərəfindən 13 marşrut üzrə kolonlardan ibarət hərbi sıra yürüşü keçirilib. Yürüş H.Cavid prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində, eləcə də Azneft meydanı ilə Neftçilər prospekti boyunca baş tutub. Yürüşdə iştirak edən şəxslərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Avtomobilsiz bir gün” devizi ilə sürücülərə müraciət edib. Nəqliyyat vasitələri sahiblərindən mümkün qədər şəxsi avtomobillərindən istifadə etməmələri tövsiyyə olunub. Buna baxmayaraq adıçəkilən ünvanlarda avtomobil sıxlığı yaşanıb.Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vaqif Əsədov yürüşün gün ərzində paytaxtdan kənar ərazilərdə də baş tutacağını bildirib.Yürüş Lökbatan, Binəqədi, Biləcəri istiqamətlərində də baş tutacaq. Yürüşün axşam saatlarında başa çatacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR