Bakı küçələrində evakuator səhvi – FOTO

Bakı küçələrində evakuator səhvi – FOTO
Bütün Xəbərlər
17:15 04.05.2015
1272

“Hyundai Sonata” platformadan düşdü.

Paytaxt küçələrinin birində evakuatorun səhvi az qala faciəyə səbəb olacaqdı.

Oxu.Az xəbər verir ki, “Avtoqraf” jurnalının təsisçisi, tanınmış sahibkar Ramin Musayev öz Facebook səhifəsində qeyd edib ki, Xəqani küçəsində evakuatora yaxşı bərkidilməyən 90 SZ 726 dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobil gözlənilmədən platformadan küçənin ortasına sürüşüb.

“Hyundai Sonata” markalı avtomobil evakuatorun platformasından sürüşən zaman Xəqani küçəsi ilə hərəkət edən digər avtomobillər üçün qəza şəraiti yaranıb. Xoşbəxtlikdən avtomobil sürücüləri toqquşmadan yayına biliblər.

Belə ki, evakuatorun platformasına zəif bərkidilən avtomobilin sürüşməsi nəticəsində zərərçəkən olmayıb.

OXŞAR XƏBƏRLƏR