Bakı küçələrində xüsusi zolaqlar yaradılır

Bakı küçələrində xüsusi zolaqlar yaradılır
SOSİAL
22:07 04.05.2026
159
WUF13 çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Müvəqqəti hərəkət zolaqları Heydər Əliyev prospekti - Aerport şosesi, Abbasqulu ağa Bakıxanov küçəsi, Mehdi Abbasov küçəsi, Mikayıl Əliyev küçəsi, Yusif Səfərov küçəsi və Mikayıl Müşfiq küçəsində yaradılacaq.

Bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq. Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.
OXŞAR XƏBƏRLƏR