"Bakı Marafonu 2017”nin növbəti təlim-məşqi keçirilib

"Bakı Marafonu 2017”nin növbəti təlim-məşqi keçirilib
İDMAN
13:56 06.03.2017
1447
"Bakı Marafonu 2017”nin növbəti təlim-məşqi keçirilib. 
Azxeber.com-un layihənin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 4-də "Port Baku”da yerləşən "Go Sport” idman malları mağazasında baş tutan məşqdə "Bakı Marafonu - 2016”nın qalibi Namiq Əsədov qapalı məkanda qaçışdan əvvəl və sonra ayaq, qol və sinə əzələlərini möhkəmləndirməkdən ötrü marafon iştirakçılarının edə biləcəkləri bir sıra qüvvətləndirici hərəkətlər göstərib.
Ertəsi gün isə N.Əsədov marafon iştirakçılarını açıq hava məşqləri üçün Heydər Əliyev Mərkəzinin önündə toplayıb. Təlimə qatılan iştirakçılar "Bakı Marafonu 2017”nin ən çətin marşrutunu birlikdə sınaqdan keçiriblər.
Hər kəs üçün açıq olan təlimin keçirilməsində məqsəd "Bakı Marafonu 2017”də iştirak edəcək marafonçuların fiziki və psixoloji hazırlığını artırmaq, onların daha uğurlu nəticələr əldə etmələri üçün şərait yaratmaq və iştirakçılara dəstək olmaqdır.
N.Əsədov hər həftənin şənbə və bazar günləri bütün marafon iştirakçılarına pulsuz təlim-məşqlər keçirir. Qapalı məkan üçün nəzərdə tutulan məşqlər "Gənclik Mall” ticarət mərkəzində yerləşən "Go Sport” idman malları mağazasında baş tutur. Dənizkənarı bulvarda isə hər həftənin bazar günü açıq hava məşqləri təşkil olunur.
Marafonun rəsmi "feysbuk" (https://www.facebook.com/bakumarathon) və "instagram” (https://www.instagram.com/bakumarathon/ ) səhifəsində onlayn formada marafona hazırlığa start verilib. İdmançıların qidalanması, məşq cədvəli, marafona psixoloji hazırlıqları, tibbi məsləhətlər gündəlik olaraq sosial şəbəkədə yerləşdirilir.
Qeyd edək ki, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan "Bakı Marafonu 2017” 30 aprel saat 10:00-da start götürəcək. "Küləyə qalib gəl” şüarı altında ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə "Sport Marketing Group” (SMG) şirkəti həyata keçirəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək