Bakı Marafonu yeni mərhələdə: Ayaz Mirzəyev 42 km-lik çağırışı qəbul etdi - VİDEO

Bakı Marafonu yeni mərhələdə: Ayaz Mirzəyev 42 km-lik çağırışı qəbul etdi - VİDEO
SOSİAL
23:20 28.04.2026
685
Məşhur jurnalist Ayaz Mirzəyev Avropada 42 kilometrlik tam marafonu uğurla qaçmış azərbaycanlılardan biridir.

AZXEBER.COM xəbər verir ki, Ayaz Mirzəyev 3 mayda Azərbaycanda ilk dəfə təşkil edilən tam marafona hazır olduğunu bildirir.

"Küləyə qalib gəl” şüarı altında doqquzuncu dəfə keçiriləcək Bakı Marafonu bu il ilk dəfə olaraq 42 kilometrlik məsafədə təşkil olunacaq. Marafonun start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə Sea Breeze ərazisi olacaq.

42 kilometrlik məsafəni əhatə edən Bakı Marafonu aşağıdakı marşrut üzrə keçiriləcək: Dövlət Bayrağı Meydanı → Dənizkənarı Bulvar → Bakı Dəniz Vağzalı → Neftçilər prospekti → Bakı Ağ şəhər Bulvarı → 8 Noyabr prospekti → Yusif Səfərov küçəsi → Sevgi Parkı → Heydər Əliyev Prospekti → BAKU Arena → Böyük İpək Yolu küçəsi → Müzəffər Nərimanov küçəsi → Ziya Bünyadov Prospekti → Böyükşor küçəsi → Böyükşor körpüsü → Balaxanı dairəsi → Böyükşor–Pirşağı yolu → Bakı Dairəvi Yolu (Bilgəh–Pirşağı şosesi) → Sea Breeze.

OXŞAR XƏBƏRLƏR