Bakı məktəbində şagirdlərin gözü qarşısında ölüm – VİDEO

Bakı məktəbində şagirdlərin gözü qarşısında ölüm – VİDEO
Bütün Xəbərlər
10:26 23.01.2015
1056

Cinayət işi başlanılıb.

Ötən gün günorta saatlarında paytaxtın Nəsimi rayonunda yerləşən 292 saylı orta məktəbdə bədbəxt hadisə baş verib.AZXEBER.COM ANS TV-yə istinadən xəbər verir ki, təhsil ocağının əməkdaşı qəfil ürək tutmasından sonra dünyasını dəyişib.

Hadisə 292 saylı orta məktəbdə baş verib. Sözügedən məktəbdə gözətçi işləyən 56 yaşlı Famil şagirdlərin gözü qarşısında dünyasını dəyişib. Şahidlərin dediyinə görə, mərhum ürək xəstəliyindən əziyyət çəkirmiş.

Yaxınlıqda yerləşən binanın sakinlərinin dediyinə görə, mərhumun meyiti məhkəmə-tibbi ekspertizasına göndərilib.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsindən faktı təsdiqlədilər. Bildirdilər ki, dünyasını dəyişən 1959-cu il təvəllüdlü Kərimov Famil Dostəli oğludur. O, məcburi köçkün olduğu üçün adıçəkilən məktəbdə həm işləyib, həm də yaşayırmış. Ölümünə səbəb də qəfil ürəyinin fəaliyyətinin dayanması olub.

Hazırda ölümün dəqiq səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR