Bakı-Mərdakan yolunda dəhşətli qəza: 2 yaşlı uşaq öldü, 6 nəfər xəsarət aldı
Bütün Xəbərlər
13:02 19.12.2011
2101
Bakı-Mərdəkan yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən xəbərə görə, Vaqif Quliyevin idarə etdiyi “KamAZ” markalı yük maşını Sahib Əsədovun idarə etdiyi “VAZ 2107” markalı və Mənsur Cabbarovun idarə etdiyi “Toyota” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü S. Əsədovun 2 yaşlı oğlu Sadiq Əsədov hadisə yerində dünyasını dəyişib. Sürücü və avtomobildə olan digər sərnişinlər Günay Tağıyeva, Nazim Tağıyev, Aysel Məmmədhüseynova, Nicat Tağıyev və Nihat Tağıyev müxtəlif xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.